Putindən Qərbə mesaj: "Güclü donanma quracağıq"

Qüvvətli və suveren supergüc üçün Rusiya unikal donanma quracaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbi-dəniz qüvvələrinin paradında çıxışı zamanı bildirib.

“Biz uzunmüddətli tarixi perspektivdə öz imkanlarına görə unikal donanma quracağıq. Bu donanma qüvvətli və suveren supergücün donanması olacaq”, – Putin bildirib.

Xatırladaq ki, bu gün Rusiya donanması yaranmasının 323-cü ildönümünü qeyd edir.