Türkiyənin Şırnak və Ağrı vilayətlərində PKK-ya qarşı keçirilən əməliyyat nəticəsində öldürülən 8 terrorçudan biri uzun müddətdir axtarışda olan Uğur Arslandır.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. "Aqir" kod adlı Uğur Arslanın başına 600 min lirə mükafat qoyulduğu bildirilib.