Gənclər Yıldırıma səsləndi, məcburən Ərdoğana zəng etdi


AKP-nin İzmirdən olan millət vəkili Binəli Yıldırım Malatya səfəri çərçivəsində gənclərlə görüşüb.

Axar.az xəbər verir ki, "Çinar" parkda 5 min gənclə görüşən Yıldırım Ərdoğana zəng etmək məcburiyyətində qalıb. Belə ki, gənclərlə birlikdə mahnı oxuduqdan sonra Yıldırıma Ərdoğana zəng etmək barədə çağırışlar edilib.

Gənclərin istəyini yerə salmayan Yıldırım Ərdoğana telefonla zəng edib. Telefonun yaddaşına Ərdoğanın adını RTE şəklində qeyd etməsi də diqqətlərdən yayınmayıb.

Ərdoğan telefon vasitəsilə gənclərə səslənərək, 2023-cü ilə fərqli bir şəkildə hazırlaşacaqlarını qeyd edib.