Terrorçuları həbsxanada edam etdilər


İranın Dezfuz şəhərinin Səfiabad bölgəsində iki terrorçu edam olunub.
APA -nın Tehran bürosunun məlumatına görə, onlar ötən gün Səfiabad şəhərinin mərkəzi həbsxanasında edam olunublar.
Edam olunan iki nəfər 2015-ci ilin Məhərrəm ayında odlu silah əldə edərək, terror qruplaşması yaradıb, terror aktı və qətl törədiblər. Belə ki, onlar odlu silahla Səfiabad şəhərində Məhərrəm ayında əzadarlıq edən insanlara atəş açaraq, 2 nəfəri öldürüb, 3 nəfəri yaralayıblar.