Rusiya dənizdən raketlər atd: Hədəflər məhv edildi


Rusiyanın “Tula” və “Yuri Dolqorukiy” sualtı qayıqları Şimal Buzlu okeanın qütb bölgəsindən və Barents dənizindən “Sineva” və “Bulava” ballistik raketlərini buraxıb.

RİA Novosti xəbər verir ki, raketlər Arxanqelsk bölgəsində “Çija”, Kamçatka yarımadasında isə “Kura” poliqonunda yerləşən təlim hədəflərini uğurla vurub.

Qeyd olunur ki, “Bulava” adlı raket 12 metr uzunluğundadır və ABŞ-ın II Dünya Savaşında Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasından 100 dəfə güclüdür.