Moskvada “Pekin” oteli elektron satışa çıxarılıb. Bununla bağlı açıq auksion keçiriləcək.
AZƏRTAC “İzvestiya” qəzetinə istinadla bildirir ki, hərraca otelin aksiyaları (100 faiz) çıxarılacaq. Lotun start qiyməti 5,67 milyard rubl dəyərində qiymətləndirilir.
Avqustun 29-u iştirakla bağlı ərizə qəbulunun son müddətidir. Auksion isə sentyabrın 2-də başlayacaq.
Otel memarlıq abidəsi kimi tanınır. Burada qonaqların ixtiyarına 150 nömrə təklif edilir. Mehmanxana kompleksinə üç restoran, damda panorama bar və konfrans zalı daxildir. Onun ərazisində, həmçinin SPA mərkəzi, gözəllik salonu, kafe və mağazalar da yerləşir.