Rusiya dünyanın ən güclü minatanlarından atəş açdı - VİDEO


Rusiya ordusu dünyanın ən güclü minaatanlarından atəş açıb. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin "Zvezda" telekanalı məlumat yayıb.
Bir dəqiqəlik videorolikdə əsgərlərin 240 mm-lik özüyeriyən 2C4 "Tülpan" minaatan qurğusunun atəş açmasına necə hazırlaşdıqları, yüklədikləri və atəş açdıqları əks olunub.
Məlumatda bildirilir ki, 2018-ci ilin sentyabrayında ABŞ Ordusunun Xarici Silahlı Qüvvələrinin Tədqiqat Mərkəzi Rusiyanin ağır artilleriyanı - "Müharibə Tanrısı" nı modernləşdiyini  açıqlamışdı.  Xüsusilə də “Tülpan”ların müasir komanda və idarəetmə sistemlərinə inteqrasiyası, təkmilləşdirilmiş rabitə və yanğın idarəetmə sistemləri ilə təchiz edilməsi nəzərdə tutulurdu.
Analitiklərin fikrincə isə, Rusiya artilleriya mərmilərinin qiymətlərinin raket silahlarından daha ucuz və istehsalı asan olduğuna görə belə addım atıb.
“Tülpan” minaatanları “Soyuq müharibə” dövrünün silahıdır və adi mərmilərlə yanaşı nüvə başlıqlı mərmilərlə də atəş aça bilir.