İsrailin İrandakı əsas hədəflərindən biri açıqlandı

İsrailin İrana hücumunun hədəflərindən biri də İlamdakı "Qadir" radarı olub.

Oxu.Az xəbər verir ki bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, bu radarın maksimum aşkarlama məsafəsi 1 100 kilometrdir. O, hədəfləri 300 kilometrə qədər yüksəklikdə izləyə bilir.

Radar gizli təyyarələri (aşağıdan uçan obyektləri), qanadlı və ballistik raketləri, həmçinin aşağı orbitli peykləri aşkar etmək üçün nəzərdə tutulub.