Borçalı elinə ağır itki üz verib

 Ülkər Kərim qızı Dövrüşova 1947-ci ildə Borçalının Görarxı kəndində anadan olub. 1965-ci ildə Görarxı orta məktəbi gümüş medalla bitirib. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu qırmızı diplomla bitirdikdən sonra öz rayonunda həkim-terapevt vəzifəsində fəaliyyət göstərib. 1980-ci ildən Marneuli Şəhər Birləşmiş Xəstəxanasında kardioloq vəzifəsində davam edib.
1989-cu ildə səhiyyədə göstərdiyi nəticələrə görə Ülkər Dövrüşova medal və fəxri fərmanlarla mükafatlandırılıb. Marneuli Şəhər Birləşmiş Xəstəxanasında Diaqnostika şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

13.10.2024-cü ildə Borçalı elinə ağır itki üz verib. Şəfalı əlləri ilə xalqının sevimlisinə çevrilmiş Ülkər həkim haqqın dərgahına qovuşub. Nur içində yatsın! Doğmalarına, yaxınlarına Allah səbir versin!
Allah rəhmət eləsin!