DİN Lənkərandakı insidentlə bağlı açıqlama yayıb

Daxili İşlər Nazirliyi Lənkərandakı insidentlə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.