Trampla Zelenski Varşavada görüşəcək

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş Varşavada baş tutacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

“Mən prezidentlərin Varşavada görüşü ilə bağlı gözləntilərimi bildirdim və biz bir neçə gün sonra bu görüşün təşkil olunması üzərində işləyəcəyik”, Bolton bildirib.