Rusiya Qrenlandiya məsələsində ABŞ-ı dəstəklədi

ABŞ Danimarkaya Qrenlandiyanı almaqla bağlı təklif vermək haqqına sahibdir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib. O, iki dövlətin bir-birinə hansısa təkliflər etmək, qərar qəbul etmək haqqına sahib olduğunu bildirib.

Bununla belə, Zaxarova Danimarka kral ailəsi üzvlərini Qrenlandiyanın taleyini yalnız ada sakinlərinin həll edə biləcəyinə dair bəyanatlarını tənqid edib. O, niyə Danimarka kral ailəsinin eyni şeyləri beş il əvvəl Krımla bağlı demədiyini söyləyib.