Maduro açıqladı: "Müxalifətlə görüşə hazıram"

Venesuela Prezidenti Nikolas Maduro müxaliflə görüşlərin yenidən başlaya biləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Maduro bunu "Sinxua" agentliyinə müsahibəsində deyib.

Maduro Norveç hökuməti ilə danışıqlar aparıldığını və müxalifətlə də əlaqələrin yaradıldığını söyləyib:

“Yaxın zamanda danışıqların nəticələri barədə yaxşı xəbərlər eşidəcəksiniz. Mən problemlərin həlli və görüşlərin sıx keçirilməsi üçün daimi danışıqlar masasının qurulmasını təklif etdim".