Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parçalanacağı haqqında iddialara münasibət bildirib. Report xəbər verir ki, o, jurnalistlərə açıqlamasında partiyasının keçmişdə də eyni hallarla üzləşdiyini bildirib.
“Bizim partiyadan Türkiyə Böyük Millət Məclisində (TBMM) deputat fraksiyası yaradacaq sayda ayrılanlar olub. Amma onlar heç bir nəticə əldə edə bilmədilər. Eyni zamanda partiyamızdan istefa verib müxalif Cümhuriyyət Xalq Partiyasına keçənlər də var və hazırda orada çətin duruma düşüblər. Bizim partiyanın parçalanmaq kimi problemi yoxdur. Biz Ədalət və İnkişaf Partiyası olaraq, hazırda tarix yazmaq iqtidarındayıq. Ədalət və İnkişaf Partiyası yerli əhəmiyyətli partiyadan beynəlxalq səviyyəli siyasi təşkilata çevrilib”, - deyə Ərdoğan vurğulayıb.
O, vaxtilə Ədalət və İnkişaf Partiyasında təmsil olunmuş şəxsləri təhdid formasında danışmaqda ittiham edib: “Sözlə təhdid olmaz. Onlar nə deyəcəklərini indidən ortaya qoysalar, yaxşı olar. Bizim heç bir narahatlığımız yoxdur. Ədalət və İnkişaf Partiyası fəaliyyətini ən yüksək şəkildə həyata keçirir, ölkəyə investisiya cəlbi və insan amilinin inkişafı üçün çalışır”.
Qeyd edək ki, Türkiyə baş nazirinin keçmiş müavini, Ədalət və İnkişaf Partiyasının yaradıcılarından olan Əli Babacan partiyadan istefa verib. O, ölkənin sabiq baş naziri Əhməd Davudoğlu ilə birlikdə yeni partiya yaratmağa hazırlaşır. Ədalət və İnkişaf Partiyasının xeyli üzvünün, o cümlədən rəhbərlikdə təmsil olunan bir qrup şəxsin istefa verərək Ə.Babacanla Ə.Davudoğlunun yaradacaqları siyasi təşkilata qoşulacaqları gözlənilir.
AKP parçalanır? - Ərdoğan iddialara cavab verdi
22:24 30.08.2019
Dünya
246
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzaya uğrayan təyyarənin texniki yoxlanışı nə vaxt olub?
20:16 25.12.2024
Gündəm
AZAL: Baş prokurorun müavini Qazaxıstanda hadisə yerindədir
19:55 25.12.2024
Gündəm
Bəşər Əsədin həyat yoldaşında xərçəng aşkarlandı
19:49 25.12.2024
Dünya
Dəniz çəkildi: Sonuncu dəfə 1976-cı ildə olub
19:47 25.12.2024
Hadisə
“Qalatasaray” gürcü hücumçuya 17 milyon verməyə hazırdır
19:43 25.12.2024
İdman
Əfqanıstan və Pakistan arasında hərbi münaqişə olmayacaq - RƏY
19:38 25.12.2024
Siyasət
Aktauda qəza olan ərazidə əməliyyat-istintaq tədbirləri davam edir
19:37 25.12.2024
Hadisə
Zaxarova: Qarabağda Azərbaycan bayrağı dalğalanır
19:31 25.12.2024
Siyasət
Azərbaycan xalqının yanındayıq - Kobaxidze
19:24 25.12.2024
Gündəm
Azər Zahid barəsində həbs qərarı verildi
19:18 25.12.2024
Hadisə
Təyyarə qəzası məni çox kədərləndirdi - Budris
19:05 25.12.2024
Gündəm
Naxçıvanın 2025-ci il büdcə layihəsi Ali Məclisdə təsdiq olunub
18:59 25.12.2024
Siyasət
İstanbulda şagirdləri daşıyan avtobus aşıb, 10 nəfər xəsarət alıb
18:55 25.12.2024
Dünya
Səudiyyə Ərəbistanı XİN Azərbaycana başsağlığı verib
18:51 25.12.2024
Siyasət
Təyyarədə 2 çeçen uşaq olub, birinin taleyi məlum deyil
18:40 25.12.2024
Gündəm
Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi əraziyə gedib
17:57 25.12.2024
Hadisə
İmişlidə istixanada yanğın baş verib
17:50 25.12.2024
Hadisə