Rusiyada aksiya: Aktyora 3 il yarım həbs cəzası verildi - Fotolar

Rusiyanın paytaxtı Moskvada müxalifətin ötən ay- avqustda keçirdiyi aksiyadan sonra  həbslər davam edir.

«Sherg.az » «le figaro.fr»ə istinadən xəbər verir ki, Tvreskayada 24 yaşlı aktyor Pavel Ustanov saxlanılıb və Moskva məhkəməsi onun 3 il yarım müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar çıxarıb.
 
 P.Oustanov isə müxalifətin  keçirdiyi icazəsiz mitinqə qatılmadığını iddia edib. Onun iddiasına baxmayaraq Rusiya məhkəməsi onun həbsə alınmasına dair qərar çıxarıb. Bu barədə Rusiya İstinataq Komitəsi xəbər yayıb. 


Verilən məlumata görə, ötən həftə səhər saatlarında həmin şəxs metro stansiyasının qarşısında dostunu gözləyirmiş, qəfil polis ona yaxınlaşıb və maşına oturdaraq bölməyə aparıb. Rusiyanın müstəqil mətbuatı bunu siyasi siyasi məhbus faktoru kimi dəyərləndirir. 

Yazıda o da qeyd olunur ki, avqust ayında Rusiya müxalifəti hakim partiyanı müxalif partiya təmsilçilərini yerli seçkilərə buraxmamaqda ittiham edərək aksiya keçirib. Həmin aksiyadan sonra mitinqlərə qatılanlardan 2700 nəfər saxlanılıb və dindirilib. Əksəriyyət azadlığa buraxılsa da, həmin şəxslərdən 5-i polisə qarşı güc tətbiq etməkdə ittiham olunaraq həbsə alınıb. 



P.Ustanov da altıncı siyasi dustaq kimi həbsə alındı. Rusiya cəmiyyəti bu halı kəskin şəkildə pizləyir. Ölkədə söz, fikir azadlığı və demokratik mühitin boğulması kimi qiymətləndirir.