İranda türk yazıçının kitabının satışına qadağa qoyulub



Türkiyənin tanınmış yazıcısı Əlif Şəfəqin “On dəqiqə otuz səkkiz saniyə” adlı romanının İranda satışı qadağan edilib.

İranın Yayımçılar və Kitabsevərlər Birliyinin açıqlamasında deyilir ki, kitab fars dilinə tərcümə edilsə də, onun satışına icazə verilməyib. Bildirilir ki, kitabda insanların İslam əxlaqına zidd olan davranışları təsvir edilir.

“Forbes” jurnalına görə, Ə.Şəfəq Türkiyənin əsərləri ən çox oxunan və qazanan yazıçısıdır. Onun 2009-cu ildə nəşr olunan “Eşq” romanı 30 dilə tərcümə edilərək dünyada ən çox satılan roman olmuşdu.