Rusiya prezidenti Vladimir Putin venesuelalı həmkarı Nikola Maduro ilə görüşəcək.
« Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, görüş sabah Kremldə baş tutaacaq.
Bu barədə V.Putinin sözçüsü Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, danışıqlar zamanı Venesueladakı iqtisadi böhran və müxalifətin N.Maduroya qarşı başlatdığı inqilab ətrafında müzakirə aparılacaq.