ABŞ-da son 10 ildə 60 mindən çox sabiq hərbçi intihar edib.
Qaynarinfo.az xəbər verir ki, yayımlanan hesabata görə, ildə 6 mindən çox, hər gün isə təxminən 16 keçmiş ordu üzvü intihar edir. Hərbçilər arasında intihar rəqəmi əhalinin özünə qəsd edən digər üzvlərindən 1,5 dəfə çoxdur.
Müharibələr hərbçilərin psixoloji və fiziki sağlamlığına ciddi zərər vurur, onların ağır dərmanlardan istifadə etməsinə səbəb olur.