Türkiyənin İstanbul şəhərində 5,9 bal gücündə zəlzələ olub.
Bu barədə “Hurriyet” məlumat yayıb.
Dağıntılar və ya insan tələfatı haqda məlumat yoxdur.
İstanbuldakı zəlzələdən sonra rabitə əlaqələri kəsilib. Zəlzələ ilə əlaqədar məktəblərdə dərslər dayandırılıb.