İndoneziyanın Maluku bölgəsində 6.8 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, İndoneziya Meteorologiya və Geofizika İnstitutu yeraltı təkanların Ambon şəhərindən 40 km aralıda yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.
Milli Fövqəladə Hallar İdarəsinin rəsmisi Aqus Vibovo 20 nəfərin dağıntılar altında qalaraq öldüyünü, 100-dən çox insanın yaralandığını bildirib.
Ərazidə axtarış-xilasetmə işləri aparılır.