Rusiyanın və Gürcüstanın xarici işlər nazirləri - Sergey Lavrov və David Zalkaliani arasında görüş keçirilib.
Virtualaz.org-un məlumatına görə, görüş Moskva ilə Tbilisi arasında diplomatik münasibətlər olmadığı üçün Rusiyanı Gürcüstanda, Gürcüstanı Rusiyada təmsil edən İsveçrənin vasitəçiliyi ilə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində baş tutub.
"Söhbət əsnasında gündəmdəki ikitərəfli aktual mövzular müzakirə edilib və regional təhlükəsizlik mövzusunda fikir mübadiləsi aparılıb",-deyə Rusiya XİN-in görüş barədə yaydığı məlumatda vurğulanıb.