Tramp Ruhaniyə cavab verdi: "Özünüz təklif etdiniz"

ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Həsən Ruhaninin danışıqlarla bağlı açıqlamasına cavab verib.

Axar.az xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb.

"İran danışıqlar üçün məndən onlara qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etməyimizi istədi. Təbii ki, "yox" dedim”, - Tramp bildirib.