Yunanıstanın Türkiyəyə S-400 havadan müdafiə sistemlərinin verilməsi ilə bağlı narahatçılığı gərəksizdir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Dmitri Şuqayev çıxış edib.
Şuqayev qeyd edib ki, S-400 Yunanıstan üçün bir təhdid deyil:
"S-400 havadan müdafiə sistemidir, hücum silahı deyil. Bu baxımdan S-400 Yunanıstanın ərazi bütövlüyünü təhdid etmir. Bu üzdən narahatlığı tamamilə lüzumsuzdur".