Cənubi Koreaynın Ulsan limanında gəmidə baş verən yanğım və partlayış zamanı ən azı 9 nəfər xəsarət alıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, yerli vaxtla saat 10:51-də (Bakı vaxtı ilə saat 05:51) Rusiya dənizçilərinin olduğu neft daşıyan gəmidə partlayış olub. Sonra gəmidə yanğın başlayıb.
Yanğın o qədər güclü olub ki, hətta digər yük gəmisinə də keçib.
Gəminin göyərtəsində rusiyalılardan və filippinlilərdən ibarət 25 ekipaj üzvü olduğu bildirilir. Hadisə zamanı xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.