Əfqanıstanda seçki günü ikinci partlayış olub

Əfqanıstanın şərqində yerləşən seçki məntəqəsində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA -nın TASS-a istinadən verdiyi xəbərə görə partlayış Nanqarxar əyalətinin Cəlalabad şəhərində baş verib.

Qeyd edək ki, bu gün Əfqanıstanda "Taliban" rejiminin 2001-ci ildəki süqutundan sonra dördüncü dəfədir prezident seçkiləri keçirilir.
"Taliban" hərəkatının nümayəndələri Əfqanıstan hökumətinin legitimliyini tanımayaraq bəyan ediblər ki, onlar seçki prosesini pozmaq niyyətindədirlər və vətəndaşları seçkiyə getməməyə çağırıblar.

Bu gün Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində seçki məntəqəsi yaxınlığında da partlayış törədilib. Nəticədə on beş nəfər yaralanıb.