Ağ Ev Rusiya və ABŞ prezidentlərinin telefon danışıqlarının səs yazısına girişi məhdudlaşdırıb.
Axar.az xəbər verir ki, bu barədə CNN yazıb.
Məlumata görə, həmçinin Trampın vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlarının da qeydlərinə məhdudiyyət qoyulub.
Xatırladaq ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna və ABŞ prezidentlərinin telefon danışığının stenoqramının paylaşılmasından sonra Rusiya tərəfi ilə bu cür halın baş verməyəcəyinə ümid etdiyini bildirmişdi.