Hindistanın şimalındakı Uttar-Pradeş ştatında son 4 gündə daşqınlara və sürüşmələrə səbəb olan leysan yağışlar zamanı azı 73 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı bildirib.
Qeyd edilir ki, ştatın yalnız şərq hissəsində son gün ərzində 84,2-dən 102,2 millimetrə qədər yağıntı düşüb. Bu, ilin müvafiq fəsli üçün normadan artıqdır.
Leysanlar həmçinin qonşu Bihar, Rajastan və Uttarakhand ştatlarına da zərər vurub. Sentyabrın 30-a qədər Şimali Hindistanın bəzi ərazilərində bütün məktəblər bağlanılıb.
Daşqınlar dəmiryol yollarını batırdığından bir sıra qatarların hərəkəti ləğv edilib.