Yalçın Akdoğana vəzifə verildi


Yalçın Akdoğan Türkiyənin hakim "Ədalət və İnkişaf Partiyasının" sədrinin müşaviri təyin edilib.

Trend-in məlumatına görə, müvafiq açıqlamanı sosial şəbəkədəki səhifəsində partiyanın baş katibi Fatih Şahin verib.

F.Şahin qeyd edib ki, partiyanın Ankaradakı millət vəkili Yalçın Akdoğan "partiya sədrinin müşaviri" təyin olunub.

Baş katib Akdoğanı təbrik edib və bu təyinatın partiyaya xeyir verəcəyinə dair ümidvar olduğunu bildirib.