Rusiya ilə Gürcüstan arasında aviaəlaqələrin yenilənməsinin dəstəklənməsi barədə Tiflisin bəyanatı çox vacibdir.
Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq Əlaqələri Komitəsinin üzvü Anton Morozov deyib.
“İki ölkənin xalqları mədəni və mehriban qonşuluq münasibətləri ilə bir-biriylə sıx bağlıdırlar. Təəssüf ki, Gürcüstanın hazırkı hökuməti öz fəaliyyəti ilə iki dövlət arasında tamformatlı münasibətlərin bərpasına imkan yaratmır. Problemin həlli üçün Tiflis ritorika dəyişikliyi və konstruktiv qarşılıqlı fəaliyyətin başlanması barədə düşünməlidir. Bundan sonra biz ikitərəfli münasibətlərin inkişafını gözdən keçirə bilərik. Hələlik biz Rusiya turistləri üçün yetərli qədər təhlükəsizlik zəmanəti görmürük”, - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Gürcüstanla Rusiya arasında aviaəlaqələrin bərpa edilməli olduğunu deyib.