İraqda ölənlərin sayı 120 oldu



İraq paytaxtı Bağdad şəhərində baş verən etiraz aksiyaları zamanı həlak olanların sayı 44-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.

Məlumata görə, polis paytaxtda tətbiq olunan komendant saatına məhəl qoymayanlara atəş açmaqla cavab verir.

Qeyd edək ki, Bağdadla yanaşı etiraz aksiyalarının baş verdiyi Zikar, Meysan və Babil bölgələrində də küçəyə çıxmaq qadağan edilib.

***

İraqda 1 oktyabrda başlayan hökumət əleyhinə nümayişlərdə həlak olanların sayı 60-a yüksəlib.

***

İraqda polislə etirazçılar arasında baş verən qarşıdurmada ölənlərin sayı 120 nəfərə çatıb. Yaralananların sayı isə 4 mini ötüb və onlardan bir çoxunun vəziyyəti ağırdır.