Portuqaliyada seçkilər: Sosialistlər liderdir

Portuqaliyada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, bu ölkənin Baş naziri Antonio Kostanın Sosialist Partiyası 38.41 faiz səslə liderdir.

Azərtac xəbər verir ki, Sosial Demokrat Partiyası isə 33,69 faiz səs toplayaraq ikinci yerdə qərarlaşır.

Qeyd edək ki, seçkilərdə Sosialist və Sosial-Demokrat partiyaları, Solçu blok, Xalq Partiyası, Birləşmiş Demokratik Koalisiya (kommunistlərin və yaşılların alyansı), “İnsanlar-heyvanlar-təbiət” İctimai Birliyinin namizədləri mübarizə aparırlar.

Portuqaliya parlamenti dörd il müddətinə seçilən 230 deputatdan ibarətdir.