Kiprin azad iqtisadi zonasında gərginliyin artmasını dərin narahatlıqla izləyirik.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Türkiyənin “Yavuz” qazma-kəşfiyyat gəmisini Şərqi Aralığa göndərməsini şərh edən bəyanatında deyilib.
“Beynəlxalq hüquq prinsipləri kənara qoyulmamalı və mübahisəli məsələlər sülh yolu ilə həll edilməlidir. Kipr probleminə daimi, ədalətli və ada sakinlərinin mənafeyinə xidmət edəcək həll yolu tapılması məqsədilə yenidən müzakirələrin başladılmasını dəstəkləyirik. BMT TŞ-nin daimi üzvlərindən biri olaraq yardıma hazırıq”, - deyə bildirilib.