Türkiyə Silahlı Qüvvələri və Milli İstehbarat Təşkilatı (MİT) Qəndildə xüsusi əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi informasiya yayıb.
Məlumata görə, əməliyyat zamanı PKK-nın qadın təşkilatının rəhbərlərindən sayılan, adı qırmızı axtarış siyahısına daxil edilən və başına 4 milyon türk lirəsi pul qoyulan Ayfer Kordu adlı terrorçu məhv edilib.