Oktyabrın 7-də Yaponiyanın Noto adasının şimalında Koreya Xalq Demokratik Respublikasına və Yaponiya məxsus gəmilər toqquşub.
Axar.az xəbər verir ki, toqquşmadan sonra Şimali Koreyaya məxsus gəmi batıb. Gəminin göyərtəsində 20 nəfər olub.
Yaponiya Sahil Mühafizə Xidməti əraziyə patrul gəmisi göndərib. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.