İran İraqla vizaları ləğv etdi - QƏRAR

İran hökuməti İraq vətəndaşları üçün vizaların müvəqqəti ləğvi barədə qərar qəbul edib.

Virtualaz.org bildirir ki, bu barədə İranın İraqdakı səfirliyindən məlumat verilib. Qərarın 2 ay müddətinə qüvvədə olacağı bildirilib.

Qeyd edilir ki, İraq vətəndaşlarının hamısı oktyabrın 24-dən dekabrın 28-nə qədər İranı vizasız ziyarət edə biləcək.