Ermənistan Baş nazirinin baş müşaviri Valeri Osipyan vəzifəsindən azad edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan qərar imzalayıb.
Xatırladaq ki, bu ilin sentyabrında Ermənistan Polisinin rəisi Valeri Osipyan vəzifəsindən istefa verib.
Valeri Osipyan Təhlükəsizlik Şurasının iclasından sonra istefa ərizəsini yazmışdı.
Ondan əvvəl isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan da istefaya getmişdi.