ABŞ Prezidenti Donald Tramp Konqreslə qarşıdurma yolunu seçib.
"Sherg.az" "Lefigro.fr"ə istinadən xəbər verir ki, "Ukrayna işi"ilə bağlı Ağ Evlə Konqres arasında müharibə artıq elan olunub.
Dünən Ağ Ev rəsmi olaraq Trampa müxalif ola demokratların onun impiçmentini reallaşdırmaq üçün ortaya atdıqları sənədləri rədd edib. Konqresin 3 ən nüfuzlu komissiyası Donald Trampla Vladimir Zelenski arasında 25 iyulda baş tutan telefon danışığı ilə əlaqədar sənədlərin toplusunu 18 oktyabr tarixinə qədər təmin etmələrini tələb edən rəsmi bir əmr göndəriblər.
Onlar ABŞ-da 2020-ci ildə baş tutacaq prezident seçkilərində hazırkı prezidentə potensial rəqibi olacaq Amerikanın keçmiş vitse-prezidenti Co Baydenlə bağlı Trampın Ukraynaya təzyiq göstərməsinə dair həqiqətləri üzə çıxarmağa çalışırlar.
Amma Tramp administrasiyası həmin sənədləri rədd edir.