2025-ci il yanvarın 1-dən Belarus, Boliviya, İndoneziya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistan BRİKS-in tərəfdaş ölkələri olacaqlar.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.
Xarici İşlər Nazirliyi onu da bildirib ki, daha dörd dövlətə tərəfdaş kimi qoşulmaq üçün dəvətlər göndərilib.