İran və Çin XİN rəhbərləri görüşüb

İran xarici işlər naziri Abbas Araqçi Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Məlumata görə, görüş İran XİN rəhbərinin Pekinə səfəri çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli münasibətlər və beynəlxalq məsələləri müzakirə edib.