İran prezidenti Həsən Ruhani Türkiyəni Suriyanın şimal-şərqində hərbi əməliyyatlar aparmaqdan çəkinməyə səsləyib.
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
H.Ruhani bildirib ki, Türkiyənin cənub sərhədləri ilə bağlı narahatlığı qanunidir:
«Düşünürük ki, narahatlığımızı aradan qaldırmaq üçün düzgün bir yol seçilməlidir. Amerikanın hərbi dəstələri regionu tərk etməlidir. Suriya kürdləri Suriya ordusunü müdafiə etməlidir.
Baxmayaraq ki, Ankaranın hərbi dəstələri Suriyanın şimal-şərqinə hücum çəkməyə hazırlaşırlar,
İran ordusu Türkiyə ilə sərhəddə simal-qərb istiqamətində hərbi çalışmalara başlayıb».