Kosaçev Bağdadi olayından danışdı: Utancvericidir

Rusiyalı senator Konstantin Kosaçev İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi olayına şübhə ilə yanaşdığını açıqlayıb.

Axar.az-ın məlumatına görə, senator əvvəlcə bildirib ki, proseslərin arxa planı (Bağdadinin ölümü ilə bağlı əvvəlki məlumatlar) utanvericidir.

“Anlamaq gərəkdir ki, terrorizmə qarşı mübarizə liderlərin fiziki məhvindən daha çətin məsələdir. Hətta uzlaşmır”, - deyə Kosaçev əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya, Türkiyə və İraqla koordinasiyalı şəkildə İŞİD liderinin məhv edildiyini açıqlamışdı.

Lakin daha sonra Rusiya Xarici İşlər Nazirliyi bu əməliyyatda iştirak etmədiyini və Ağ Ev rəhbərinin bu yöndə açıqlamasının şübhə doğurduğunu açıqlamışdı.