Türkiyədən Yunanıstan adalarına üz tutan miqrantların sayı get-gedə artır.
Frontex təşkilatının verdiyi məlumata əsasən, son 24 saat ərzində 141 miqrant xilas edilib. Samos, Lesbos adalarına üz tutan qaçqınlar sahil mühafizə xidməti tərəfindən Mifimnas limanına çatdırılıblar.
Qeyd edək ki, miqrantlar müxtəlif üsullardan istifadə edərək Avropa İttifaqı ölkələrinə daxil olmaq istəyirlər. Onların əksəriyyəti normadan artıq adamın minməsi ilə əlaqədar qayıqların aşması və s. çətinliklərlə üzləşir. Bu qəzalar nəticəsində ölüm halları tez-tez baş verir. Avropa İttifaqı bununla əlaqədar müvafiq tədbirlər görsə də, qaçqınların axınının qarşısını almaq olmur.