İŞİD terror qruplaşması İraq, Suriya və İranın logistik dəstəyi ilə məğlub edildi.
Axar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
O bildirib ki, İŞİD-ə bənzər qruplaşmalar ABŞ tərəfindən yaradılıb:
“ABŞ-ın Bağdadini öldürməsi böyük hadisə deyil. Çünki İŞİD biz və regiondakı digər ölkələr tərəfindən məğlub edildi. Region düşmənlərinin gələcək üçün nələr düşündüyünü görmək lazımdır. ABŞ İŞİD-i istifadə etdikdən sonra aradan qaldırdı.
Bağdadinin ölümünü İŞİD-in və terrorizmin sonu olaraq görmürük”.