Moskvanım Zamoskvoretsky rayon məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Rusiya Federasiyası Federal Gömrük Xidmətinin sabiq əməkdaşı Vladimir Korobkovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bu barədə "Prestupnaya Rossiya" nəşri məlumat yayıb. Məhkəmə V. Korobkovun barəsində 4 il sınaq müddəti olmaqla şərti cəza təyin edib. Keçmiş gömrükçü Federal Təhlükəsizlik Xidmətinin polkovniki Mixail Qorbatov və iş adamı Arno Xodjoyanla birgə sahibkarlardan pul tələb edib.
2016-cı ilin dekabr ayında Federal Təhlükəsizlik Xidmətinin İqtisadi Təhlükəsizlik Xidmətinin “K” şöbəsinin əməkdaşları zərərçəkmiş Zaxarovun sahibi olduğu lombardlar şəbəkəsindən yoxlama apararkən 80 milyon rubl, 572 min dollar, 251 min avro, habelə 73 nüsxə elit İsveçrə saatı və 16 zinət əşyası müsadirə ediblər. Bir ay sonra qızıl-zinət əşyalarının sahibləri mallarının geri qaytarılması üçün Zaxarova təzyiq göstərməyə başlayıblar. Sahibkar bu barədə hüquq-mühafizə orqanlarında əlaqələrinin olduğunu iddia edən Arno Xodjoyandan ona köməklik göstərməsini xahiş edib. Xodjoyan bu təklifi Qorbatova açıqlayıb. (virtualaz.az)
Qorbatov isə 6 milyon rubl müqabilində Federal Təhlükəsizlik Xidmətindəki dostlarının sayəsində məsələni həll edəcəyinə söz verib.
2017-ci ilin aprelində Qorbatov vasitəçilər vasitəsilə Zaxarova xəbər çatdırıb ki, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları yoxlamanın dayandırılması üçün 10 milyon rubl tələb edirlər. 110 min dollar müqabilində isə lombard şəbəkəsinin "ümumi mühafizə" ilə təmin olunacağını bildirib.
Nağd pul tapa bilməyən Zaxarov sonradan özü pul verib geri alacağını vəd etdiyi 205 min dollar dəyərindəki saatı onlara verməli olub.
Bununla yanaşı həm də Federal Təhlükəsizlik Xidmətinə də müraciət edib. Çox keçməyib ki, əvvəlcə Xodjoyan, daha sonrasa Qorbatov saxlanılıb.
Qorbatov elan olunmuş ittihamla özünü təqsirli bilib. Eyni üsulla - Xodjoyanın vasitəsilə bankir Aleksandr Mazanovdan 900 min dollar almağa cəhd göstərdiyini ütiraf edib. Əslində bankir özü də cinayət məsuliyyətinə cəlb olunmamaq üçün Rusiya Daxili İşlər Nazirliyinin istintaq idarəsinin işçilərinə rüşvət vermək niyyətində olub.
Daxili İşlər Nazirliyinin sabiq əməliyyatçılarından birinin vasitəsilə Qorbatov bankdakı maxinasiyalarda A.Mazanovun adının da keçdiyini öyrənməyə müvəffəq olub. O, 1 milyon dollar müqabilində istintaqın ona “dəyib-dolaşmayacağını” vəd edib.
Xodjoyanla görüşən Mazanov ona 450 min dollar verib. Dünyanın ən bahalı avtomobili - "Rolls Royce" markalı avtomobillə Mazanovun yanına yollanan Xodjayan elə maşının salonundaca həmin pulu Qorbatova təhvil verib. Qorbatov pulu Prezident Administrasiyasının binasındakı kabinetində saxlayıb. İttiham aktında Mazanovun adı çəkilməyib. Polkovnik hələ də istintaq altında qalacağı ilə onu təhdid edərək yerdə qalan məbləği istəyib.
Nəhayət, ötən ilin mayında Qorbatov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. O, törətdiyi dələduzluğa görə cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xodjayan barəsində isə 4 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.