Yəmən Müdafiə naziri Məhəmməd Makdisiyə qarşı raket hücumu həyata keçirilib.
Axar.az xəbər verir ki, Maribdə beynəlxalq koalisiya komandanlarının toplantısı zamanı Müdafiə Nazirliyinin binası raket hücumuna məruz qalıb.
Nazirin hədəf alındığı hücumda 2 əsgər həyatını itirib, Makdisi isə sağ qalıb.
Hücumla bağlı husilər hələ ki, bəyanat verməyib.