Livanda prezident sarayına gedən yollar bağlandı

Livanın Daxili Təhlükəsizlik Xidmətinin əməkdaşları nümayişlər səbəbindən prezident sarayına gedən yolları bağlayıb.

Axar.az xəbər verir ki, yolların bağlanması Beyrutda böyük tıxaclara səbəb olub.

Prezident sarayının qarşısında keçirilən dinc mitinqin təşkilatçıları parlamentin təcili iclasının çağırılmasını və noyabrın 4-dək “xilas” hökumətinin formalaşdırılması üçün müstəqil məsul şəxsin təyin olunmasını tələb edirlər.

Xatırladaq ki, oktyabrın 29-da Livanın Baş Naziri Səad Həriri bütün ölkə ərazisini bürüyən etiraz aksiyaları fonunda istefa vermək qərarına gəlib.