Almaniyada nasistlərə qarşı tədbirlər görülür



Almaniyanın Drezden şəhər şurası "Nazinotstand" nasistlərə yer yoxdur adlı qətnamə qəbul ediblər.

Trend-in məlumatına görə, təşəbbüs neo-nasizmə qarşı çıxmağı hədəfləyir. Təşəbbüs müəllifi, əyalət şurasının üzvü Maks Aşenbax yerli hakimiyyətin şəhərdəki sağçı fikirlərin populyarlığından narahat olduğunu bildirdi. Bu vəziyyət şəhər cəmiyyəti üçün ciddi təhlükə yaradır, deyə Aşenbax bildirib.

Qətnamə 29-a 39 səs ilə qəbul edildi. İqtidarda olan Xristian Demokratlar üzvləri səs verməkdən yayındılar. Qətnaməni "siyasi simvolizm aktı" hesab edirlər.