Britaniyalı milyarderlər seçkilərdə leyboristlərin qələbə qazanacağı halda qısa zamanda ölkəni tərk etməyə hazırlaşırlar.
Axar.az xəbər verir ki, bu barədə “Qardian” informasiya yayıb.
Məlumata görə, milyarderlər Ceremi Korbinin baş nazir olmasından və bunun nəticəsində yeni vergilər səbəbindən milyardlarla funt itirməkdən ehtiyat edirlər. Artıq Britaniyadakı hüquq firmalarının mütəxəssislərinə biznesini və əmlakını başqa ölkəyə köçürmək istəyən onlarla milyonçu və milyarder müraciət edib.