Rusiya dövlət başçısı Vladimir Putinin, Sovet İttifaqının Dövlət Təhlükəsizlik Komitəsində (KQB) çalışdığı dövrə aid məlumatları göstərən keçmişi ictimaiyyətə paylaşılıb.
Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, Rusiyanın Sankt- Peterburq şəhərindəki Mərkəzi Dövlət Tarixi və Siyasi Sənədlər Arxivi aralarında Rusiya Prezidenti Vladimir Putinin də yer aldığı KQB-də işləmiş bəzi adların keçmişinə dair ilk dəfə məlumatlar yayıb.
Sovet Kommunist Partiyasının "Komsomol" gənclik təşkilatı tərəfindən toplanan məlumatlarda, 23 yaşlı KQB zabiti Putinin idman və özünümüdafiə mövzularında çox müvəffəqiyyətli olduğu qeyd edilir.
KQB-nin arxiv sənədlərində 23 yaşlı Putin "çalışqan, intizamlı, dürüst, stresslə mübarizə apara bilən və iş yoldaşları tərəfindən hörmət görən bir işçi kimi xarakterizə olunur.
Sənəddə gənc KQB zabitinin cüdo və sambo kimi döyüş idman növlərində usta dərəcəsinə sahibi olduğu və indiki Sankt - Peterburq, keçmişdə Leninqrad kimi tanınan şəhərdə 1976-cı ildə çempionluq ünvanına sahib olduğu bildirilir.
2000-ci ildən bəri Rusiya dövlət başçısı vəzifəsini davam etdirən Putinin indi də döyüş idman növlərinə marağı olduğu qeyd olunur. 67 yaşlı Putin cüdoda 8-çi dan, Kyokushin karate növündə 8-çi dan və tekvandoda 9-çu dana sahib olduğu vurğulanır.
Monqolustanda nəşr olunan "Udriin Sonin"ə verdiyi bir reportajda Putin , cüdo idmanının insanın həyatını inkişaf etdirdiyini, başqalarına hörmət etməyi və həyatın çətinliklərindən daha asan baş çıxa bilməyi öyrətdiyini söyləmişdi.
Turan