Rusiya tarixində 2019-cu il ən isti il ola bilər



Bu il oktyabr yay ayları və sentyabrdan sonra Rusiya tarixində ən isti ay olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Hidrometeoroloji Mərkəzinin rəhbəri Roman Vilfand bildirib.

R. Vilfand  meteoroloji müşahidələr aparıldığı dövr ərzində 2019-cu ilin Rusiya tarixində ən isti il ola biləcəyini söyləyib: “Rusiya Hidrometeoroloji Mərkəzi öncədən 2019-cu ilin Şimal yarımkürəsində meteoroloji müşahidələrin aparıldığı 1891-ci ildən indiyə qədər ən isti il olacağını proqnozlaşdırmışdı. Sentyabr ayı bu proqnozu təsdiqlədi. Bu ilin oktyabrı da tarixdə ən isti oktyabr ayı oldu. Artıq meteoroloji müşahidə aparılan tarix ərzində 2019-cu ilin ən isti il olması noyabr və dekabr aylarından asılıdır. Hələ ki, 2019-cu il El-Nino okean cərəyanının təsiri ilə yüksək temperaturun müşahidə olunduğu 2016-cı ildən geri qalır. Bu il El-Nino effekti müşahidə olunmasa da, yeni rekordun qeydə alınacağı istisna deyil. Hazırda 2016 və 2019-cu illər arasında bir növ özünəməxsus yarış gedir”.